• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 24.02.2020 11:03

Samsung Galaxy Buds+ təqdim olundu

Samsung tərəfindən keçən il istifadəçilərə təqdim edilən və AirPods rəqibi olaraq göstərilən Galaxy Buds qulaqlıqlarının yeni versiyası Galaxy Buds+təqdim olunub.

Galaxy Buds+ əvvəlki model olan Buds-dan texniki olaraq daha güclüdür.Ən əsas fərqlərdən biri istifadə müddətidir. İlk versiya olan Buds, istifadəçilərə 6 saat musiqi/video, 5 saat zəng müddəti verirdisə, Buds+ ilə 11 saat musiqi/video dinləmək və ya izləmək, 7.5 saat isə zəng görüşmələri etmək mümkündür. Galaxy Buds+ qulaqlıqlarını 10 dəqiqə istifadə etmək üçün sadəcə 60 saniyə şarj etmək yetərlidir!

İlk versiyada 10 dəqiqə istifadə etmək üçün 90 saniyə şərt olduğu halda Buds+da sadəcə 60 saniyə yetərlidir. Yəni 30 saniyə qədər azalma var. Bu da yeni Buds+ qulaqlıqlarda istifadə olunan sürətli şarj texnologiyasının inkişafı ilə əlaqəlidir. Qısaca köhnə modeldə 15 dəqiqə şarj ilə 100 dəqiqə medya üçün istifadə ömrü əldə etmək mümkün idisə, Buds+ qulaqlıqlarda 3 dəqiqədə 60 dəqiqəlik-lıq istifadə üçün yetəri qədər şarj etmək olur.

Həmçinin Buds qulaqlıqları üçün iOS ekosisteminə özəl bir tətbiq yox idi. Lakin Buds+ ilə artıq iOS üçün xüsusi hazırlanan tətbiq də olacaq. Həmçinin rəng olaraq ilk versiyada qara,sarı, ağ və gümüş rəngləri olduğu halda, yeni versiyada qara, ağ,göy və qırmızı rənglər olacaq. AirPods istifadə edən və ağ rəngdən bezən insanlar Buds+ qulaqlıqlarına yönələ bilər.

AKG Acoustics texnologiyası ilə gələn Buds+ çox incə tizz səsləri və dərin bass-ları istifadəçilərə çox dəqiqliklə ötürə biləcək.