• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 21.02.2020 10:53

Mercedes-AMG GLE 63 Coupe modelinin yeni nəsli debüt edib

Cenevrə avtosalonu ərəfəsində, Mercedes-Benz şirkəti yeni GLE Coupe krossoverinin “bərkgedən” versiyasını təqdim edib.

Texniki olaraq, Mercedes-AMG GLE 63 və GLE 63 S Coupe modelləri üç ay əvvəl təqdim edilmiş adi kuzovlu krossoveri təkrarlayır. Kapotun altında 4,0-litrlik V8 biturbomühərrik, həmçinin  48-voltluq şəbəkədən qidalanan və 22 at qüvvəsi hasil edən (250 Nm) EQ Boost elektromotoru  yerləşir.

Mercedes-AMG GLE 63 Coupe modelinin  güc qurğusunun ümumi hasilatı 571 at qüvvəsi və 750 Nm təşkil edir.

Krossoverin standart təchizatına arxa diferensialın electron qapanması,ğndə  400 millimetrlik diskləri və altısilindrli mexanizmləri, arxada isə 370 millimetrlik əyləc diskləri və birporşenli mexanizmləri olan gücləndirilmiş əyləclər daxildir. Əlavə ödənişlə, krossoveri karbon-saxsı əyləc mexanizmləri və yanaəyilmələrin qarşısını alan Active Ride Control aktiv stabilizasiya sistemi ilə təchiz etmək olar.

GLE 63 və GLE 63 S kupeşəkilli krossoverlərin kütləvi təqdimatı martın 3-də Cenevrədə keçiriləcək. Krossoverin satışlarının başlama tarixi və qiymətləri hələlik açıqlanmayıb.