• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3037
— 20.02.2020 12:30

Kütləvi reyd zamanı 160-dan artıq sürücü cərimələnib

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşları növbəti reyd keçirib. Axşam saatlarında başlayan reyd şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində, Əziz Əliyev və Üzeyir Hacıbəyov küçələrində, Yeni Gəncə yaşayış massivi, Poçt qəsəbəsində və avtomobillərin sıx olduğu digər yerlərdə baş tutub. Reyd zamanı 160-dan artıq sürücü cərimələnib. Bunların arasında 4 sərxoş, 30-dan artıq digər qayda pozan sürücülər olub. Polisin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön və arxa şüşələrinə qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Hətta bəzi sürücülər sənədlərini belə təqdim etməkdən boyun qaçırıblar. Həmçinin yoxlamalar zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomaşınları cərimə meydançasına aparılıb. Reydlər mütəmadi olaraq keçiriləcək.