• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 18.02.2020 20:30

28 yaşlı Samux

KepezTV Player

Ölkənin ən cavan rayonlarından olan Samux 28 yaşını qeyd edir. 1455 kvadrat klometr ərazisi, 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi olan rayon əsasən düzənlik hissədə yerləşir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə, şimalda Alazan vadisi ilə əhatə olunub. Samuxda mövcud olan Eldar şamı qoruğu “Qırmızı kitab”a daxil edilib.  Samux ayrıca rayon olaraq 18 fevral 1992-ci ilə keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilib. Səfərəliyevin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılıb. Bir müddətdən sonra isə Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləşdirilərək Samux qəsəbəsi adlandırılmış və qəsəbəyə şəhər statusu almışdır. Hazırda rayonda 58 mindən çox əhali yaşayır. 35 məktəb, 18 uşaq bağçası, 30 tibb və 25-ə yaxın mədəniyyət müəssisəsi olan Samuxun sosial iqtisadi inkişafının süərtləndirilməsi məqsidilə ötən illər ərzində ölkə prezidenti tərəfindən mühüm sərəncamlar imzalanıb. Nəticədə yaşayaış məntəqələrinin qazlaşdırılması sürətləndirilib, yol təsərrüfatı yenidən qurulub. Tədbir Sərkar kənd Uşaq Musiqi Məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.

Natiq Hüseyn