• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1893
— 17.02.2020 11:02

Hyundai hind bazarı üçün nəzərdə tutulmuş Creta modelinin tizerini yayıb

Hyundai şirkəti Hindistan bazarı üçün nəzərdə tutduğu Creta modelinin yeni nəslinin videotizer və eskizlərini dərc edib. İkinci nəsil Hyundai Creta modeli 6 fevral tarixində Nyu Dehli avtosalonunda debüt edəcək.

Əslində Hindistanda satılacaq krossover zahiri cəhətdən Çində keçən il debüt etmiş Hyundai ix25 krossoverini təkrar edir. Avtomobilin eksteryeri Hyundai markasının bayraqdar krossoveri olan Palisade modelinin üslubunda dizayna malikdir. Avtomobil üçmərtəbəli ön işıq texnikasına sahibdir: yuxarıda gündüz hərəkət işıqlarının nazik zolağı, aşağıda əsas fənərlər, ən altda isə duman əleyhinə fənərlər yerləşir.

Arxa fənərlər də ikimərtəbəli olacaq, onların arasında isə, baqaj qapağı boyu uzanan nazik stop-siqnal yerləşəcək. Hind versiyasının radiator barmaqlığı çin versiyasından tərtibatı ilə fərqlənəcək. Bundan başqa, eskizdə başqa təkər diskləri əks olunub. Krossoverin interyeri göstərilməsə də, burada ciddi fərqin olacağını gözləmək lazım deyil. Çox güman ki, Hindistanda satılan Creya Çində satılan ix25 modeli ilə eyni interyerə sahib olacaq.

Hind versiyasının mühərrik çeşidində daha iki mühərrik peyda ola bilər. Bunlar yerli bazarda satılan Kia Seltos modelindən tanış olan 140 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki və 115 at qüvvəli dizeldir.