• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 828
— 14.02.2020 11:02

Cadillac Escalade modelinin yeni nəslini təqdim edib

Cadillac şirkəti Escalade modelinin yeni nəslini nümayiş etdirib. Escalade modeli General Motors konserninin eyni platformada inşa edilmiş ofrouderlər ailəsinin sonuncu yenilənən nümayəndəsidir.

Hər üç ekran ikiqat piksel sıxlığı olan OLED texnologiyasından istifadə edir və Cadillac nümayəndələrinin sözlərinə görə, hazırda mövcud olan ekranlar arasında ən dəqiqidir. Yeri gəlmişkən, iki 12,6-düymlük displey arxa sərnişinlərin ixtiyarına verilib. Sürücü ekranları standart təchizata daxil olsa da, arxa ekranlar opsiyadır. Bundan başqa, naviqasiya sistemi tamamlanmış reallıq elementlərinə sahib olub.

Yeni Cadillac Escalade modeli standart olaraq 420 at qüvvəsi və 623 Nm hasil edən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. İstehsalçı bu mühərriki tamamilə yeni olduğunu iddia edir. Bundan başqa, ilk dəfə olaraq Cadillac Escalade 280 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən altısilindrli Duramax dizel mühərriki ilə təklif edilir. Güc aqreqatları 10-pilləli «avtomat» və opsional tam ötürmə sistemi ilə tandemdə çalışırlar.

Cadillac markasının bayraqdar ofrouderinin Şimali Amerikadakı satışlarına bu ilin yayında başlanacaq. Çox güman ki, digər bazarlarda avtomobil 2021-ci ildə satılmağa başlayacaq.