• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 07.02.2020 11:03

Mürəkkəb iş zamanı tərləyən robotlar yaradılıb

Alimlər iş prosesi zamanı qədərindən artıq istiliyin qarşısını almaq üçün "tərləyən" robot yaradıblar.

ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları robotların sistemin hərəkətinə və idarə olunmasına cavabdeh hissənin yanında saxlanan soyuducu ilə "tərləməsinə" imkan verən texnologiya hazırlayıblar.

Belə ki, robotların qarşısında getdikcə daha mürəkkkəb vəzifələr qoyulur. Soyutma sistemi olmayan robotda çətin işlər zamanı yaranan istilik onun nasazlığına səbəb ola bilər.

Avtomatlaşdırılan sistem 3D printer ilə hazırlanıb. Robotun yuxarı səthində üzərində kiçik məsamələr olan daxili maye anbarı yerləşdirilib. İnsan barmaqlarına bənzər tutqacların xarici təbəqəsi artan temperaturla genişlənir və bu da məsamələrin genişlənməsinə səbəb olur. Məsamələrin genişlənməsi qızan suyun buxar şəklində xaric olunmasına şərait yaradır. Maye buxarlandıqda tutqaclar soyuyur. Sınaqlar bu soyutma sisteminin insan orqanizminin tərləmə prosesi ilə müqayisədə daha effektiv işlədiyini göstərir.