• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 05.02.2020 11:57

"Kəpəz FM" – 7 il...

KepezTV Player

Kəpəz Fm adı kiçik olsa da, zirvədə olan tək musiqi kanalı! Dinləyiciləri zövqlü musiqi ilə sevindirən doğma radionun  bu gün ad günüdür. Kəpəz FM" radiosu Gəncə və ətraf rayonlarla yanaşı, Aran və ölkənin şimal-qərb rayonlarında da yayımlanır. 2013-cü ilin fevral ayından etibarən "Kəpəz FM" radiosunun rəsmi saytı www.kepezfm.az dinləyicilərin zövqünü oxşamağa davam edir. Fərqli dizayna və qrafikaya məxsus olan sayt dinləyicilərinə bir sıra xidmətlər təklif edir. Bu sayt vasitəsilə hər bir kəpəz Fm azərkeşi radionun efirində yayımlanan "TOP 40" həmçinin TOP 10  bölməsində bəyəndikləri musiqiyə səs verməklə sevdiyi ifaçının musiqisini zirvəyə apara bilərlər.

7 il bundan əvvəl ilk qədəmlərini qoyan "Kəpəz FM" o vaxt  kiçik addımlarla böyük uğurlara imza atırdı. ”.  Yaşı artdıqca yaşlanmadı, əksinə gəncləşdi, dəyişdi, inkişaf etdi, yeniləndi. Qarşıya qoyduqları məqsədlər çox böyük olsa da,üstəsindən layiqincə gələcəklərinə əmin idilər.Dinləyiciyə zövqlü musiqi, maraqlı verilişlər və operativ xəbərləri təqdim etməklə regionun ən populyar radiosuna çevrilmək. Gəncədən yayımlansa da Kürdəmirdən tutmuş düz ölkəmizin sərhəddinə - Qırmızı Körpüyədək olan ərazidə bizi eşitmək mümkündür. Artıq bu gün "Kəpəz FM" qərb bölgəsində ən çox dinlənilən radiodur.
Dinlə,hiss et, arzula- loqosu altında mükəmməl işlər ərsəyə gətirən Kəpəz Fm işçiləri, dinləyiciləri də təbrik etmədən keçmir. Radio imza atacağı bütün yeniliklər və layihələrlə dinləyicilərin rəğbətini qazanmağı qarşısına məqsəd qoyub və bu yolda inamla irəliləyir.Bizdə öz adımızdan kəpəz Fm işçilərini və dinləyicilərini təbrik edir,nailiyyətlərinin ucsuz-bucaqsız olmasını diləyirik.