• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2201
— 05.02.2020 11:02

Samsung dünyanın ilk 5G planşetini təqdim edib

Samsung ilk 5G dəstəkli planşet olan "Galaxy Tab S6"nı təqdim edib.

Cihaz "əyləncə mərkəzi" kimi təqdim olunur - 10,5 düymlük AMOLED ekranı və 4 "Dolby Atmos" dinamikinə malikdir.

Ümumiyyətlə, spesifikasiyalar "Galaxy Tab S6" standart versiyasından fərqlənmir: Snapdragon 855 prosessoru, 7040 mAs batareya, 128 GB daxili yaddaşa malik planşetdə microSD üçün də dəstək var. Cihaz Android 9 Pie əməliyyat sistemilə işləyir. Bu ilin avqustunda isə Android 10-a daşınacağı gözlənilir.

"Galaxy Tab S6"nın başlanğıc qiyməti 990.000 von və ya 1431 manat təşkil edir.