• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 05.02.2020 11:01

Volkswagen yeni yığcam krossoveri təqdim edib

Volkswagen şirkəti yeni yığcam Taigun krossoverini təqdim edib. Xüsusi olaraq Hindistan bazarı üçün inşa edilən avtomobil Avropada satılan T-Cross modelinin «əkizi» sayıla bilər.

Volkswagen Taigun MQB modul platformasının büdcə versiyası olan A0 indeksli versiyasında inşa edilib. Bu platforma Skoda Vision IN konseptinin də əsasını təşkil edir.

İlk dəfə olaraq Taigun adı 2012-ci ildə səsləndirilib. O zaman, alman istehsalçısı eyni adlı konsepti nümayiş etdirmişdi. Konseptin uzunluğu 3,85 metr təşkil edirdi. Seriya modeli konseptdən daha uzundur və 4,2 metrlik uzunluğa malikdir. Krossoverin təkər bazasının uzunluğu 2,65 metrdir. Kiçik ölçülərinə baxmayaraq krossoverin klirensi 205 millimetr təşkil edir.

Yeni modelin mühərrik bölümündə silindrlərin söndürülməsi funksiyasına malik olan və 130 at qüvvəsi hasil edən 1,5-litrlik dördsilindrli turbomühərrik yerləşir. Gələcəkdə krossoverin təbii qazla işləyən və 115 at qüvvəli 1,0-litrlik benzin mühərriki ilə təchiz edilən versiyalarının da təklif ediləcəyi gözlənilir. Güc aqreqatı 6-pilləli mexaniki qutu və 7-pilləli DSG «robotu» ilə tandemdə çalışır. Ötürmə - öndənçəkişlidir.