• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1741
— 03.02.2020 11:01

Yeni ağıllı saat təqdim olundu- Samsung Gear Sport

İFA 2017 sərgisində tanıdılan cihazlardan biri də ağıllı saat Samsung Gear Sport-dur.


Yeni ağıllı saat Gear S3-dən fərqli olaraq daha kiçik ölçüyə sahibdir. Həm qadınlar, həm də kişilər üçün ideal olan bu modeldə 20 mm-lik kəmərlərdən istifadə olunub. Gear Sport adlı ağıllı saat qara və mavi olmaqla iki rəng seçimindən ibarətdir. Bu modelin Gear S3-dən digər bir fərqi isə 50 metrə qədər su keçirməməzliyidir.

Gear Sport-un 1.2 düymlük ekranı Corning Gorilla Glass 3 ilə qorunur. Gear S3-ə görə bu ekran daha gözəl görünür. Always On dəstəkləyən ekranı istəsəniz hər zaman açıq istifadə edə bilərsiniz. Ancaq bu batareya ömrünə təsir edir.
Gear Sport həm İOS, həm də Android sistemli ağıllı telefonlarda işləyə bilir. Ağıllı saat ürək döyüntüsünü, addımları, yuxunu və itirilən kaloriləri davamlı olaraq hesablayır. 50 metrə qədər suya davamlı bir saat olduğu üçün üzgüçülər Seedo proqramı ilə birlikdə istifadə edə bilər.