• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 31.01.2020 19:09

Samuxda gənclər bayram abu havası yaşayıb

KepezTV Player

Samuxda 2 fevral gənclər günü münasibətilə təşkil edilən tədbirdə gənclərin dünya görüşünün artırılması, onların məşğuluğunun təmin olunması istiqamətində həyata keçirilən layihələrdən danışılıb. Prezident İlham Əliyevin gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına xüsusi diqqətlə yanaşdığı önə çəkilib. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir. Samuxda da gənclər fəallığı ilə seçilirlər. Onlar rayonu respublika və beynəlxalq tədbirlərdə layiqincə təmsil edirlər. Ötən il bir çox idman yarışlarında Samuxlu gənclər mükafata layiq yerlər tutublar. Rayonda yenicə fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera mərkəzinin gələcək planlarından da danışılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni layihələrin reallaşaçağı vurğulanıb. Tədbirdə rayonunun ictimai həyatında fəallığı ilə seçilənlərə Fəxri fərman və hədiyyələr təqdim olunub. Tədbir geniş konsert proqramı ilə davam edib.

 

Natiq Hüseyn