• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1377
— 31.01.2020 19:54

Fermerlərin suvarma ilə bağlı problemləri həll olunur

KepezTV Player

Bu ilin sonuna kimi Goranboyda 16 yaşayış massivinin 30 min 378 nəfər sakinin suya olan ehtiyacı təmin olunacaq. Ölkə başçısının srəncamı ilə Rayonda 17 ədəd subartezian quyusu qazılacaq ki, bu da əkinəyararlı sahələrin suvarılması üçün böyük əhəmiyyət daşıyır.

Goranboyda 48 min hektar əkinə yararlı torpaq sahəsi rayon ərazisindən axan Qaragoran və Kürəkçayın suları, eləcə də 863 subartezian su quyusu, 4 nasos stansiyası hesabına suvarılır. Yay mövsümündə bu dağ çaylarının və suvarma qurğularında suyun azalması fermerlərin əkin sahələrində suvarılma ilə bağlı problemlərə yol açır. Bu isə rayonda ümumi məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Talıb Əliyev - torpaq mülkiyyətçisi: Mən Goranboy rayonun Şahməmmədli kəndində yaşayıram. Əkin sahələrimizdə suvarma çətin getdiyinə görə əkin-biçinlə məşğul ola bilmirdik. Bu il pay torpağıma 3 ha taxıl səpmişəm. Qazılan quyulardan biri də bizim kəndə salınıb. Çox minnətdarıq, öz təsərrüfatımızı sulayacağıq ))

Rasim Allahverdiyev - torpaq mülkiyyətçisi: Mənim Veyisli kəndində 6 ha pay torpağım var. Ümumiyyətlə Veyisli kəndində 100 hektarlarla torpaq sahəsi susuzluqdan əziyyət çəkir. Aylarla illərlə susuzluqdan əziyyət çəkirik, məhsulumuz yanırdı, əkdiyimiz bitmirdi. Sərəncama görə biz çox sevinirik ki, məhsulmuz indən sonra çox yaxşı olacaq.

Rayonda 17 min torpaq mülkiyyətçisi tərəfindən payızda 25 min ha ərazidə şum qaldırıb. Prezidentin imzaladığı sərəncamla 16 yaşayış mərkəzində 17 subartezian quyusu qazılması isə həmin sahələrdən 1000 ha-a yaxınında suvarmanı yaxşılaşdıracaq.

Goranboy rayonun Qızılhacılı kəndində 7 min 90 nəfər əhali yaşayır. Burada 2 min ha yaxın əkinə yararlıq torpaq sahəsi var. Bu torpaq sahələrinin suvarılması üçün 70 ədəd subartezian quyuları fəaliyyət göstərir. Ancaq əkinə yararlı torpaq sahələrinin çox olması burada subartezian quyularına olan təlabatı daha da artırırdı. Məhz elə buna görədə ölkə başçısının sərəncamına uyğun olaraq bu kənddə 2 yeni subartezian quyusu qazılacaq.

Ramiz Süleymanov - Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi: Həmin ərazilərdə subartezian quyuları mövcuddur, ancaq suvarma suyu çatışmır. Su çatışmadığına görə rayon fermerlər tərəfindən Melorasiya və su təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə, rayon icra hakimiyyətinə çoy Salı müraciətylər daxil olmuşdu. Yeni qazılacaq subartezian quyuları qazıldıqdan sonra fermerlərin daha həvəslə çalışacağına, məhsuldarlğın artmasına səbəb olacaq.

Ötən il Goranboyda 30 subartezian quyusu qazılaraq fermerlərin istifadəsinə verilib. Rayonda torpaq sahələrinin suvarılması üçün 100-dən çox quyunun qazılmasına ehtiyac var.