![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/EKAUKv7WkAc8tbl.jpg?itok=mc6BjLSb)
Avropanin “Ariane 5” raketdaşıyıcısı Fransa Qvianasında Kuru kosmodromundan buraxılıb. “Arianespace” şirkəti raketdaşıyıcının buraxılışını canlı yayımda aparıb. Raket Fransa və Hindistanın telekommunikasiya peyklərini (“Eutelsat Konnect” və “GSAT-30”) orbitə çıxarmalıdır. “Arianespace” şirkətindən bildirilib ki, “Eutelsat Konnect” peyki Afrikanın 40 və Qərbi Avropanın 15 ölkəsində rəqəmli fərqin xeyli azalmasını təmin edəcək. “GSAT-30” peyki Hindistan Kosmik Tədqiqatlar Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu peyk Hindistan ərazisində yüksək keyfiyyətli televiziya, telekommunikasiya və radio yayım xidmətlərini təmin edəcək.
- Baxış: 848