• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2123
— 25.01.2020 16:30

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

KepezTV Player

Prezident İlham Əliyev Elazığda baş vermiş güclü zəlzələ ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. "Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - deyə dövlət başçısı vurğulayıb. **6.8 bal gücündə baş verən zəlzələ nəticəsində 22 nəfərin öldüyü açıqlanıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. Yeraltı təkanlar zamanı 1031 nəfər yaralanıb. 40 nəfər dağıntılar altından sağ çıxarılıb.