• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2328
— 24.01.2020 19:10

Arıçılıq mərkəzində badam bağı salınır

KepezTV Player

İlk dəfə olaraq bu ilin mart ayında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq mərkəzində əldə olunan süni mayalanmış təmiz qanlı ana arılar arıçılara veriləcək. Bundan başqa mərkəzdə üzərlərində elmi tədqiqatlar aparılan arı ailələri üçün 3 ha ərazidə yeni badam bağı da salınır.
 

Arıçılıq mərkəzi Respublikada təmiz qanlı Bozdağ Qafqaz arısının qorunması və genofondun yaradılması üzərində çalışır. Mərkəzin süni mayalandırma laboratoriyasında 2017-ci ildən Türkiyəli alimlərlə birgə süni döllənmiş 30 ədəd təmiz qanlı Bozdağ Qafqaz ana arısı alınıb. Məhsuldarlığı ilə seçilən bu ana arıların razılaşma yolu ilə mart ayından fermerlərə verilməsi nəzərdə tutulur.

Allahverdi Seyidov - Arıçılıq Mərkəzinin rəisi: Bizim müraciətimiz olacaq internet üzərindən ki, kim istərsə süni mayalanmış arılarla maraqlananlar arıçılıq mərkəzinin fəaliyyətindən yararlanacaqlar. Adı arı ailələri 10-15 kq bal verdiyi halda süni mayalnmış ana arılardan isə bu göstərici 2 dəfə yüksək olacaq. Bir arı ailəsindən 50 kq bal götürmək mümkündü. Bu həm praktikada özünü doğruldub, həm də bunun gözəl prespektivləri var.

Mərkəzdə 2017-ci ildə arıların erkən nektara olan təlabatını ödəmək üçün 1 ha ərazidə razmalin, 3 ha-da Türkiyədən gətirilən Lavanda və 1 ha-da Çin mənşəli tut ağacları əkilib. Ötən ilin dekabrından isə 3 ha ərazidə 1100 ədəd badam bağı salınıb. Burada arı üçün yaxşı yem bazası olan yonca, qızıl gül kolları da basdırılacaq.

Allahverdi Seyidov - Arıçılıq Mərkəzinin rəisi: 1 ha badam bağlarından 50-150 kq qədər ağacların sıxlığına görə bal götürülə bilinir. Bir ərazidən bir neçə çiçəyin olması maraqlandırır. Eyni zamanda burad yonca bitkisi, lavanda bitkisidə olacaq. Badam çox da suvarmaya meyilli bitki deyil. Onun üçün ən çox günəş şüasının olması maraqlıdır. Quraq, küləkli iqlimlərdə badam bağları yaxşı nəticə verir.

Ramiz Nəcəfov - Arıçılıq Mərkəzinin böyük elmi işçisi: Bu ağacların üstünlüyü odur ki, bunlardan yüksək çiçək tozu alınır. Damazlıq işinin təşkilində çox yüksək təsir edir. Arıxanada lazımdır, çox vacibdi. Arıçılğın inkişafında bu ağacların çox böyük əhəmiyyəti var.

Mərkəzdə 200 təmiz qanlı Bozdağ Qafqaz arı ailəsi saxlanılır ki, bu arılardan da ötən il 100-dən çox ana arı fermerlərə satılıb. Mərkəzin hədəfi isə gələcəkdə təmiz qanlı arı ailəsinin sayını 330 çatdırmaqdı.

 

Elnur Vahidoğlu