• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 975
— 24.01.2020 10:33

Lexus macəra sevənlər üçün ofrouder hazırlayıb

Lexus şirkəti macəra sevənlərə ünvanladığı GX ofrouderini nümayiş etdirib.

Konseptin əsasını yenilənən Lexus GX 460 modelinin ən maksimal təchizata  malik olan modifikasiyası təşkil edir. Ofrouderin yolsuzluq imkanlarının gücləndirilməsi üçün onun klirensi artırılıb, standart asqısı isə iri gedişi olanı ilə əvəz edilib. Bundan başqa, ofrouder yüksək profili olan xüsusi Toyo Open County şinləri ilə təchiz edilib, ehtiyat təkərin kronşteynləri əlavə edilib və ön bamperin forması dəyişdirilib. Həmçinin bucurqadın bərkidilməsi üçün bərkitmə nöqtələri hazırlanıb.

Avtomobilin damında iri qatlanan çadır quraşdırılıb. Ofrouderin salonunu qırmızı dəri ilə üzləyərək, alüminium və ağacdan dekor ilə bəzəyiblər. Bundan başqa, GX Overland 17 dinamikli Mark&Levinson səs sistemini, panoram müşahidə üçün kameralara, aktiv kruiz-kontrol və beş rejimli Multi-Terrain Select ofroud sistemi də daxil olmaqla elektron yardımçıların tam dəstini əldə edib.

Macəra avtomobilinin mühərrik və transmissiyası dəyişilməz qalıb. Ofrouder 301 at qüvvəsi və 446 Nm fırlanma anı hasil edən 4,6-litrlik V8 mühərriki və 6-pilləli «avtomat» ilə təchiz edilir.

Avtomobil sırf nümayiş üçün istifadə ediləcək.