“Samsung Galaxy S20” smartfonunun texniki xüsusiyyətləri barədə məlumatlar dərc edilib. Məlumata görə, “Galaxy S20 Ultra 5G” adlanacaq qabaqcıl qurğu beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işi dəstəkləyəcək.
Yeni smartfon 108 meqapikselli əsas sensora malik 3 kamera, 10 optik zummerli 48 meqapikselli teleobyektiv və 12 meqapikselli ultrageniş obyektivlə təchiz ediləcək. Kiçik modifikasiya üçün 12 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılan yaddaş nəzərdə tutulub. Bundan başqa, seçim üçün 16 giqabaytlıq operativ və 256 və ya 512 giqabaytlıq quraşdırılan yaddaşa malik modellər təklif olunacaq.
“Galaxy S20 Ultra 5G” smartfonunun fərqləndirici cəhətlərindən biri 5 min milliamper/saat tutumlu akkumulyator olacaq. Qurğunun batareyası 45 vatt gücündə sürətli enerji doldurmanı dəstəkləyəcək – akkumulyator enerjini sıfırdan 100 faizədək 74 dəqiqə ərzində toplayacaq.
- Baxış: 655