• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 803
— 22.01.2020 12:19

Misgərlik sənətini yaşadan usta

KepezTV Player

Qədim xalq sənət növlərindən olan misgərlik, əvvəlki gücünü saxlamasa da, bu, qədim el sənəti daşıyıcıları tərəfindən yaşadılır. Ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri məmulatlara günümüzdə elə də çox tələbat olmasa da hələ də  bəyənərək sevərək alıb istifadə edənlar də az  deyil.Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir.Gəncədə bu sənəti sevərək icra edən, yaşadan ustalardan biri də misgər Qalib Fəhimovdur.

Emalatxanasında  misdən qazan, məcmeyi, samovar hazrlayan sənətkar indi əsasən müasir elementlərin mis üzərinə köçürülməsinə üstünlük verir. Nizami Gəncəvinin rəsmini mis qabın üzərinə döyən misgər əl işinin görənlər tərəfindən maraqla qarşılandığını söyləyir.

Sənətkarın dediyinə görə bu sənət ona ulu babasından qalıb. Misgər ömrünün sonunadək bu sənətlə məşğul olacağını, onu tarixin gələcək səhifələrində də yaşadacağını deyir.

 

Gülnur ibrahimova