• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 22.01.2020 18:35

Şəmkirdə baytarlar qarayara və quduzluq əleyhinə tədbirlər aparır

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin baytar həkimləri ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirlərini davam etdirir. Şəmkir rayonunda da baytarlar gücləndirilmiş iş rejimində çalışır.

Şəmkir rayonunda profilaktiki peyvəndləmə tədbirləri həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Rayon Baytarlıq İdarəsinin həkimləri iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Epizootik tədbirlərin vaxtında yerinə yetirilməsi üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən rayon baytarlıq idarəsi baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla tam təmin edilib.
 

Məmməd Qasımov - Şəmkir Rayon Baytarlıq İdarəsinin rəisi: Vaxtında qabacıl tədbirləri aparırıq ki, bu xəstəliklərin qarşısını alaq. Ötən il Şəmkir rayonunda bu xəstəliklərə rast gəlinməyib. Hal-hazırda epizootik durum sabitdir. 

Profilaktik tədbirlər çərçivəsində mütəxəssislər həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyyə edirlər.

Elmar Sadıqov – fermer: 100 başa kimi iri buynuzlu heyvanımız var. Onlara qulluq edirik. Ot, yem veririk, yaxşı baxırıq. Yaxşı da məhsul götürürük, effekt verir. Baytarlarımız da gəlib vaxtlı-vaxtında müalicə edir. Ona görə də heyvanlarımızda heç bir xəstəlik yoxdur.

Son bir həftə ərzində Şəmkirdə 3980 baş iribuynuzlu və 374 baş təkdırnaqlı hevyan qarayara, 621 baş sahibli it isə quduzluğa qarşı peyvənd edilib.

 

Natiq Hüseyn