• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 22.01.2020 12:08

72300 vakansiya üzrə göndəriş verilib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi ilə paralel olaraq, işsiz və işaxtaranlara bu vakansiyalar üzrə e-qaydada göndərişlərin verilməsi prosesi həyata keçirilir. Ötən dövrdə altsistemə 85 minə yaxın vakansiya daxil edilib ki, onlardan 72300 vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilib. İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. İşsiz və işaxtaranlar altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə etmək, nəticədə hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq imkanı qazanıblar.