• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1840
— 21.01.2020 12:03

DİM yeni model əsasında sınaq imtahanı keçirəcək

KepezTV Player

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.<br>Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər bu gün saat 11:00-dan yanvarın 27-si saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.