“Nanox” şirkəti yeni rentgen texnologiyasını təqdim edib ki, bu da rentgen aparatının dəyərini xeyli azaldacaq. Şirkət 2020-ci ildə 15 min belə qurğu hazırlamağı planlaşdırır.
Ümumdünya Səhiyyə Assosiasiyasının məlumatına görə, dünya əhalisinin üçdə ikisi rentgen aparatlarının qiymətinin baha olmasına görə rentgen texnologiyalarından istifadə edə bilmir. Avadanlığın qiymətinin əsas hissəsi şüa saçan elementi təhlükəsiz edən və sağlamlığa zərər vurmayan texnologiya əsasında formalaşır.
“Nanox” şirkəti bu problemin həllini və rentgen şəkillərini daha əlçatan etmək üsulunu təklif edib.
Bundan ötrü “Nanox” şirkəti qızmayan və stasionar borudan istifadə etməyən rəqəmli sistemdən istifadə edir. Qurğunun ən bahalı hissəsi rentgen “üzüyünü” saxlayan və bədənin müxtəlif hissələrini skan edə bilən portaldır.
- Baxış: 526