Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.01.2020 17:20
Qərb klubları yoxlama oyunu keçirib
KepezTV Player
Futbol üzrə I Divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən "Kəpəz” və “Turan Tovuz” yoxlama oyununda qarşılaşıb. Qərb klubları Gəncə şəhər stadionunun süni örtüklü meydançasında üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə nəticələnib. Hər iki qol fasilədən sonra vurulub. Əvvəlcə "sarı-göylər”in yeni transfer Tural Qürbətov hesabı açıb. Rəqib final fitinə kimi bərabərliyi yaxalayıb. Əzəmət Ələkbərli son nəticəni müəyyənləşdirib.
- Baxış: 596
