• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 17.01.2020 19:54

Zal nəzarətçiləri üçün seminar keçirilib

KepezTV Player

Göygöldə bu tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi olacaq müəllimlər üçün seminar keçirilib. 30 nəfərin iştirak etdiyi seminarda DİM-in Gəncə regional bölməsinin nümayəndəsi imtahan texnalogiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah edib. Protokolların yazılması, cavab kartlarının paylanması, yığılması, eləcədə doldurulması qaydaları əyani şəkildə göstərilib. Həmçinin imtahan zalının peşəkar şəkildə idarə olunması, şəxsi anket məlumatlarının dəqiqləşdirilməsi, nəzarətçi müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətləri kiminüanslara da toxunulub. Xarici dil fənni üzrə imtahanda “dinləyib anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları da nəzarətçilərin diqqətinə çatdırılıb. Onların imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib.

Babək Orucov - DİM-in Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi: Gəncə regional bölmə üzrədə seminarlar yanvarın 14-dən 21-nə kimi keçiriləcəkdi. Bu məqsədlə yanvarın 14-də Daşkəsən rayonunda, 15 yanvarda Samux rayonunda, yanvarın 16-da Goranboy və Mingəçevir şəhərlərində keçirilib. 17 yanvarda isə Göygöl rayonunda təşkil edilib. Gəncə regional bölmə üzrə sonuncu seminar yanvarın 21 keçiriləcəkdi. Bu seminarlar iştirak edəcək müəllimlər ilk növbədə cari ildə və əvvəlki illərdə bazaya daxil olan yeni müəllimlərdi.