• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 14.01.2020 16:27

Əməliyyatda yaddan çıxan qayçı

KepezTV Player

Xoşagəlməz hadisə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında baş verib. Yırtıqdan və öd kisəsindən eyni zamanda əməliyyat olunan 67 yaşlı Laləzar Orucovanın ağrıları bununla yekunlaşmayıb. Qadın evə buraxılandan sonra vəziyyəti yaxşılaşmaqdansa pisləşib.

Qadının ağrıları şiddətləndiyindən yaxınları tərəfindən özəl xəstəxanalardan birində müayinədən keçirilib. Müayinənin nəticələri görənləri şoka salıb. Məlum olub ki, qadının bədənində yad cisim var.

Qarın boşluğunda qayçı qaldığını bilinəndən sonra şəhər xəstəxanasının həkimləri tərəfindən qadın yenidən əməliyyat edilərək yad cisim onun bədənindən çıxarıb. Məlum hadisəyə Təcili Tibbi Yardım Xəstəxanasından da münasibət bildirilib.

Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Xəstə isə həkim nəzarətindədir və müalicəsi davam etdirilir.