Bakının Səbail rayonunda, Bayıl qəsəbəsində ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.<br>Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bədbəxt hadisə zamanı ölən şəxslər 23 yaşlı Tarukki Amaya, 25 yaşlı Tausi Jayavodi və 21 yaşlı Malişi Tayukidir. Şri-Lanka vətəndaşları olan qızların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.
- Baxış: 534