• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 10.01.2020 11:03

Dünyanın İLK QATLANABİLƏN NOUTBUKU

Çinin “Lenovo” şirkəti dünyanın ilk qatlanabilən noutbukunu təqdim edib. Şirkət “ThinkPad X1 Fold” adlı modelin OLED ekrana sahib olduğunu deyib. Cihaz qatlandığı halda bir ekranda qeydlərinizi apararkən, digər ekranda video izləmə imkanı verir. Sensor ekranı olan noutbukun virtual qələmi də təqdim olunub. “Windows 10” əməliyyat sistemi ilə fəaliyyət göstərən qurğunun 5G texnologiyasını dəstəkləyəcəyi bildirilib. Qeyd edək ki, “ThinkPad X1 Fold” modeli 2499 dollara satışa çıxacaq.