![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Segway-S-pod-CES-2020-740x398.jpg?itok=ANJfoe-z)
"Segway" şirkətinin mühəndisləri yeni nəqliyyat vasitəsi – yumurta formasında kreslo kapsul yaradıblar. Özünü balanslaşdıran yumurta formasında "S-Pod" elektrik kapsulu istifadəçiyə bədəni əymədən qurğunu idarə etməyə şərait yaradır. "S-Pod" hərəkət zamanı oturmağa imkan verir, sürətin və istiqamətin idarə edilməsi isə oturacağa quraşdırılmış coystiklə həyata keçirilir.
"S-Pod" saatda 38 km sürətlə hərəkət edə bilər. Bu halda hələ ki kapsulun avtonom işləmə müddəti bilinmir. "S-Pod" kapsulunun tam təqdimatı və satışa çıxarılması 2020-ci ilin üçüncü rübündə olacaq.
- Baxış: 490