• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 07.01.2020 20:35

Polietilen torbalardan istifadənin zərərləri

KepezTV Player

Əvvəllər hərə əlinə parça və ya kağızdan hazırlanan torba alıb bazara gedər, aldığı azuqələri həmin torbalarla evə gətirərdilər. Uzun müddətli istifadə üçün nəzərdə tutulan belə torbalardan istifadə ekoloji baxımdan da, məhsulların daşınması nöqteyi-nəzərindən də daha etibarlı sayılırdı. Vaxt keçdikcə polietilendən hazırlanan sellofan torbalar istifadəyə daxil oldu. Indi bazar da daxil olmaqla marketlərdən alınan bütün məhsulları yalnız belə torbalarda daşıyırıq. Bəlkə pulsuz olduğundan, bəlkə də çox ucuz qiymətə təklif edildiyindən ondan istifadə daha geniş yayılıb. Lakin selofan torbaların fəsadlarından bir çoxları xəbərsizdir.

Şəlalə Mehdiyeva şəhər sakini:Salafan torbaları əvvəl istifadə etmirdik. İstəyərdik ki, zərərli olan bu torbaların istifadəsini pisləyirik.Çit torbalardan istifadə etmək istəyərdik.

Roza Hacıyeva şəhər sakini: Soyuducuya qoymaq mümkün olmur. Zərəri çoxdur.Əvvəlki dövrdə çantalar götürürdük, bir neçə dəfə istifadə edə bilirdik.Mağazada məhsulları kağızla təklif edirdilər.

Fatma Tağıyeva şəhər sakini:Əvvəl kağızlardan istifadə olunurdu. İndi bu paketləri istifadə etmək məcburiyyətindəyik. Tullantılardan hazırlandığı ilə bağlı məlumatım var. Əsas çörək mağazalarında salafanların istifadəsi təəssüf doğurur.

Selofan torblar parçalanmır, 100 illlərlə ətraf mühitdə qalır və ifrat dərəcədə çirklənməyə səbəb olur. Təbii olmayan bütün məhsullar sağlamlığa ziyan vurduğundan və həyatımına nüfuz etdiyindən sellefan torbalardan da istifadə fəsadsız ötüşmür. Ələxsus da ekoloji baxımdan.

Rafiq Hüseynov Ekspert:Biz çalışırıq ki, kimyəvi məhsullardan istifadə olunan salafanlardan istifadə etməyək.Kağızlardan istifadə həmçinin daha səmərəlidir.Daha çox parça məhsullarından hazırlanan məhsulları sakinlərə tövsiyə edirik. Parça və kağız torbalar keyfiyyətli,məsləhətli və sağlam olur gigiyenik cəhətdən.

Bu gün Avropa ölkələrinin əksəriyyəti polietilen torbalardan imtina edib. O cümlədən dünya səviyyəsində bir çox nüfuzlu təşkilatlar, eyni zamanda məşhur brendlər plastikdən daha az istifadə etmək istiqamətində tədbirlər həyata keçirirlər. Onlar plastik qablaşdırmanın kağız və digər alternativləri ilə əvəz olunmasına üstünlük verirlər.

Bu cür torbaların rəngi asanlıqla insanın əlinə və torbada olan məhsula keçir, ərzaq vasitəsilə də insan orqanizminə. Şəffaf paketlər isə, çox nazik olduğundan, içərisinə isti ərzaq qoyduqda əriyir və ərzaqla reaksiyaya girir. Sağlamlığa təhlükə yaradır.

Ölkədə aparılan sorğunun nəticəsində məlum olub ki, əhalinin 93%-i plastik qabların istifadəsinin məhdudlaşdırlmasını dəstəkləyir. Odur ki, hər birimizin əsas vəzifəsi gələcəyimiz naminə ətraf mühiti qorumaqdır. Bu işdə əl ələ verək.