KepezTV Player
Yanvarın 10-dan 11-nə keçən gecə 2020-ci ilin ilk Ay tutulması baş verəcək. Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu, yarımkölgəli Ay tutulması olacaq. Tutulma saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Bu hadisə Azərbaycanda da müşahidə olunacaq.Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması olacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.
- Baxış: 300