• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 26.12.2019 20:40

Gələn ildən fermerlərə subsidiyalar elektron sistem vasitəsilə veriləcək

KepezTV Player

Aqrar Kredit və İnkişaf Agentliyi Yeni il bayramından dərhal sonra subsidiyalarla bağlı müraciətləri qəbul etməyə hazırdır. Bunu Agentliyin sədri Mirzə Əliyev deyib. Bu il Agentliyin aqrar sahənin dəstəklənməsi üzrə səlahiyyətləri genişlənib. Ötən ilin sonunda imzalanmış fərmana əsasən bu ilin yanvarından kənd təsərrüfatı istehsalı vasitələrinə dövlət güzəştləri də Agentlik tərəfindən ödənilməyə başlanıb. Əlavə edib ki, 2020-ci ildən başlayaraq fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə veriləcək. Qeydiyyata alınan 440 413 fermerdən yarıdan çoxu - 291 533 nəfəri payız səpinləri barədə məlumatları doldurub.