Kənd Təsərrüfatı nazirliyi tərəfindən yeni yaradılan barama istehsalıçıları şurasının üzvləri yerlərdə kümüçüləri marifləndirir. Şəmkir rayonunda kümçülərlə keçirilən görüşdə ipəkçiliyin inkişafı, barama qurdlarının bəslənməsi və yemlənməsi barədə ətraflı bilgilər verilib. Həmçinin baramaçılıqda yem bazasının yaradılması üçün tut bağlarının salınması, ağaclara qulluq qaydaları, yarpaqların seçilməsi kimi məsələlərlə bağlı müvafiq tövisyyələr verilib. Mütəxəssislər rayonda baramaçılığın inkişafı istiqmaətində görülən işlərdən də danışıb. Bu il rayon ərazisində Çindən gətirilən 40 min ədəd tut tinginin əkildiyi, daha 10 min ağacın əkilməsi üçün hazırlıq işlərinin görüldüyü vurğulanıb. Yaxın vaxtlarda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Şəmkir rayonunda Barama tədarük məntəqsinin yaradılması da nəzərdə tutulub.
Nuranə Qəmbərova - Barama İstehsalçıları Şurasının üzvü: Azərbaycanın ipəkçiliklə məşğul olan 38 rayonunda təlimlərə başlanılıb. Təlimlər artıq Qazax Ağstafa və Tovuz rayonunda keçirilib. Bu gün isə biz Şəmkir rayonundayıq.
Rəşad Əzizov - Şəmkir DAİM-nin direktoru: Məhsuldarlıq son iki ildə yüksək olub. 2018-ci ildə verilən proqnoz tapşırıq 102 faiz yerinə yetirilib. 2019-cu ildə də qarşıya qoyulan məqsədə nail olunub. Eyni zamandada bu iləd hazırlıq yüksək səviyyədədir. Eyni zmanda bu ildə baramaçılığın inkişafı mqəsədilə lazımı işlər görülür.
Natiq Hüseyn
- Baxış: 1001