• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1635
— 25.12.2019 12:30

Gənc sahibkar qadınların sayı artır

KepezTV Player

Bu il ərzində “Sahibkar Qadınlar” İctimai Birliyinə 300-ə yaxın qadın üzv olub ki, bunlarında 60 faizi gənc xanımlardı. Onlara müxtəlif peşələr öyrədilib və sahibkarlıqla məşğul olması üçün köməklik göstərilib. Regionlarda fəaliyyət göstərən iş qadınları ilə keçirilən dəyirmi masada 20 ildir fəaliyyət göstərən İctimai Birliyin hazırda Respublikada 7 minə yaxın sahibkar qadın üzvü olduğu, onun da 600-dən  çoxunun qərb regionunda fəaliyyət göstərdiyi vurğulanıb. Bu illər ərzində Birlik 13 ölkənin sahibkar qadınları ilə dostluq memorandomu imzalanıb, iki tərəfli görüşlər keçirilib. Bu il birlik tərəfindən 9 layihə həyata keçirilib. Həmçinin gənc işgüzar qadınların peşə kurslarına cəlb olunması, onlara texniki yardımların göstərilməsindən də danışılıb.

Zemfira Ağayeva - “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: Dağlıq rayonlarda sahibkar qadınların inkişafına dəstək olmaq üçün layihəmiz nəzərdə tutulub. O zonalarda dağlıq Daşkəsən, Gədəbəydə kənt təsərrüfatı ilə məşğul olan qadınlarımız daha çoxdu.Onlarla layihı həyata keçirmək istəyirik. Orada yaşayan xanımlara həm təlim keçmək, həm də texniki yardım etmək.Bu uğurlu bir layihədir.

Nuridə Rəhimova - sahibkar: Mən Goranboy rayonun Dəliməmmədli qəsəbəsində yaşayıram. 1500 ədədlik inkubatırım var. Sahibkar qadınlar ictimai birliyinin üzvüyəm. Çalışıram ki, öz biznesimi artıram.