Ağstafa rayonunun Ağgöl kəndi ərazisində 1 ədəd mərmi tapılıb. Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, silahdan atıldığına və partlamadığına görə Agentliyin mütəxəssisləri tərəfindən partlayış yolu ilə yerində zərərsizləşdirilib.
- Baxış: 440