• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1707
— 24.12.2019 20:42

Yeni suvarma sisteminin təqdimatı olub

KepezTV Player

Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı səfirliyinin birgə iştirakı ilə Azərbaycan Dövlət Aqrar Universtetində təməli qoyulan yüksək texnologiyalı suvarma sistemləri layihəsinin tətbiqinə həsr olunan tədbir keçirilib. Universitetin ərazisindəki sahədə yüksək texnologiyalı damla suvarma sistemi dünyanın aparıcı istixana təsərrüfatları üzrə yüksək məhsuldarlığına görə seçilən İsrail şirkəti tərəfindən quraşdırılıb. Suvarma sistemi və onun idarəetmə mərkəzi Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi Azərbaycan Dövlət Aqrar Universtetinin tələbələrinin bu demofarm vastəsilə suvarmaya aid olan müxtəlif tədris proqramlarının keçirilməsidir. Eləcə də onun düzgün istifadə etmə qaydaları ilə tanış olmasından, bu yüksək texnologiyalı suvarma sistemlərinin ölkədə fəaliyyət göstərən sahibkarlar və ya əkin sahəsinin suvarma sistemini quraşdırmaq niyyətində olan fermerlərə təqdimatından ibarətdir.