Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarının ilk mərhələsini başa çatdırıb.
Bu gün payızlıq əkinləri bəyan edən fermerlərin sayı 280 min nəfərə çatıb.Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə,Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaradan fermerlərin sayı isə 435 min nəfəri keçib. Gələn ildən kənd təsərrüfatı təyinatlı subsidiyaların elektron hökumət üzərindən veriləcəyi nəzərə alınaraq, qeydiyyat və bəyan göstəricilərini qənaətbəxş sayılır.
Kənd Təsərrüfatı Nazirliyi İnformasiya Sisteminin tətbiqi ilə bağlı bölgələrdə məlumatlandırma işlərini davam etdirəcək.
- Baxış: 1265