Bir müddət bundan öncə isveçli jurnalistlər Toyota RAV4 modelinin «sığır testini» həyata keçirərək, krossoverin hibrid modifikasiyasının təhlükəsizlikyindən şübhə etdiklərini bildirmişdilər. Sonradan narahatçılığa əsas olmadığı və avtomobilin bütün təhlükəsizlik standartlarına cavab verdiyi aşkar edilmişdi.
Bunlara baxmayaraq, Toyota müştərilərə elektron sabitləşdirmə sisteminin (VSC) iki tənzimləməsi arasında seçim təklif etmək qərarına gəlib: birinci halda sistem standart rejimdə işləyir, ikinci haldə isə, məsələn, «sığır testinə» bənzər ekstremal vəziyyətlərdə daha tez işə düşür. Şirkət gələn ilin ortalarından gec olmayaraq çalışmaları tamamlamağı planlaşdırır ki, bundan sonra yeni tənzimləmələr Toyota RAV4 modelinin hibrid modifikasiyası üçün əlçatan olacaq. Markanın Rusiya nümayəndəliyindən «Motor» nəşrinə verilən məlumatda «krossoverin benzin versiyası da yenidən nəzərdən keçiriləcəyi» də bildirilib.
Qeyd edək ki, “sığır testi” avtomobilin qəflətən qarşıya maneədən qaçmaq üçün edilən qəfil yerdəyişmə zamanı dayanıqlılığın sınaqdan keçirilməsidir. Sınaqlar zamanı krossover ya yana sürüşür, ya da ki, onun xarici təkərləri yerdən üzülür. Bir sözlə, avtomobili nəzarətdə saxlamaq çətinləşir. Jurnalistlər 68 km/saat sürətinə çatmağa müvəffəq olublar – sürətin artması ilə avtomobili nəzarətdə saxlamaq çətinləşib.
Sınaqların nəticələrinin dərc edilməsindən sonra Toyota rəsmi açıqlama verib. Yapon markası müştərilərin təhlükəsizliyinin əvvəlki kimi şirkət üçün vacib olduğunu və hər bir avtomobilin təhlükəsizliyin qiymətləndirilməsi üzrə ciddi prosedurlardan keçdiyini qeyd edib.
- Baxış: 803