• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1232
— 19.12.2019 21:13

Fermerlərə 1300 ton mineral gübrələr satılıb

KepezTV Player

Aqrar rayon olan Göygöldə ümumilikdə bu il 20 min 800 ton yüksək keyfiyyətli məhsul yığılıb. Yığılan məhsul ötən illə müqayisədə 10 faiz çoxdu. Mütəxəsislər rayonda yüksək və keyfiyyətli məhsulun əldə edilməsinin əsas səbəbini fermerlərin sahələrə yetərincə və vaxtında mineral gübrələri verilməsində görürlər.

Daşdəmir Abbasov torpaq mülkiyyətçisi:Göygöl rayonun Quşqara kəndində yaşayıram. 1 ha 80 sot yerim var. Ora arpa, buğda əkirəm. Nitroamofos və amofos gübrədən səpirəm. Yaxşıda xeyri olur.

Bu il sahələrdən bol məhsul yığan Göygöllün 1700 torpaq mülkiyyətçisinin çəkdikləri əziyyət yerdə qalmayıb. Dövlət tərəfindən 70 faiz güzəştlə əldə edilən mineral gübrələr onların işinə yarayıb. Fermerlərə hektara 214 kq amofos, 292 kq nitroamofos və 400 kq amonium gübrələri verilib. Verilən gübrələr ötən illə müqayisədə 30 faiz çoxdur.

Adil Kərimzadə Göygöl DAİM-in bitkiçilik sektorunun müdiri:Səyyar görüşlər zamanı biz həmişə təbliğ edirik ki, əkin zamanı mineral gübrələrdən istifadə etsinlər. Bu da nəticədə məhsul artımına səbəb olur. Bu rayonun Çaykənd kəndində mineral gübrələrin səyyar satışı təşkil olunmuşdu. Həmin satış zamanı 30 tondan artıq gübrə kəndlərdə torpaq mülkiyyətçilərinə satılıb.

Səyyar satışla yanaşı təsərrüfatçılar bu ilin sonuna kimi Aqrolizin Açıq Səhmdar Cəmiyyətinin Göygöl-Daşkəsən bölməsindən gübrələr əldə ediblər.

Altay Ələkbərov Aqrolizinq ASC-nin Göygöl-Daşkəsən bölməsinin rəhbəri: Fermerlər əsasən kimlik, adlarına olan dövlət aktları, o cümlədən kənd icra nümayəndəliyindən ərizə məlumat formasını təqdim edir. Bizdə gübrələrin asan satışını edirik. Hazırda bizim bazada amonim nitrat, amofos, nitroamofos gübrəsi var. Fermerlər müraciət etsə biz onu təmin edəcəyik.

Göygöl rayonu  üzrə 13 min 27 ha ərazidə əkin aparılıb. Əkilən sahənin 8 min 200 ha taxıl, qalanı isə müxtəlif kənd təsərrüfatı birkiləridir.