Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.<br>Hadisə dekabrın 14-də Bakı-Qazax yolunun Şəmkir şəhər ərazisindən keçən hissəsində baş verib. 55 yaşlı Telman Şıxməmmədovu naməlum avtomobil hadisə yerindən qaçıb. Cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobilin sürücüsü – 25 yaşlı İsmət Mustafayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o dekabrın 18-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.
- Baxış: 570