• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 18.12.2019 10:32

Kia K5 Cənubi Koreyada debüt edib

Kia Optima modelinin yeni nəsli sələfinə görə daha böyük olub. Sedanın uzunluğu 50 mm, eni isə 25 mm artıb. Avtomobilin hündürlüyü isə əksinə 2 mm azalıb. Təkər bazasının uzunluğu da 45 mm artıb. Beləliklə, Kia K5/Optima modelinin qabarit uzunluğu 4905 mm, eni - 1860 mm, hündürlüyü - 1483 mm, təkər bazasının uzunluğu isə 2850 mm təşkil edir.

Yeni Optima modelinin salonu rəqəmsal eraya daxil olub: burada iki böyük ekranı, iqlim sisteminin sensorlu blokunu və "avtomatın" ənənəvi selektorunu əvəz etmiş şaybanı görmək olar. Bahalı versiyalar 12,3-düymlük virtual cihazlar paneli ilə təchiz ediləcək. K5 modelinin mühərrik çeşidinə dörd güc aqreqatı daxildir. SmartStream ailəsindən olan 2,0-litrlik atmosfer mühərriki 160 at qüvvəsi təklif edir. Eyni mühərrikin qazla işləyən modifikasiyası 146 at qüvvəsinə malikdir. Hər iki mühərrik 6-pilləli "avtomat" ilə təchiz edilir.

Cənubi Koreyada Kia K5 modelinin qazla çalışan modifikasiyası 17800 dollardan başlayan qiymətlərlə satılacaq.Benzin versiya - 20000, hibrid isə 23400 dollardan başlayan qiymətlərlə təklif ediləcək.