Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgiev ilə görüşüb. Tədbirdə qonaqlara Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı, şəhərdə icra edilən abadlıq və quruculuq layihələri haqqında ətraflı məlumat verilib. Onno Kervers görüşdən son dərəcə məmnun olduğunu bildirib və Niderland krallığının maliyyə dəstəyi ilə həyata keçirilən layihədən söz açıb. Hansının ki, icrası Azərbaycanda insan alveri qurbanlarının müdafiəsini yaxılaşdırmağa xidmət edir. Bu istiqamətdə aparılan işdə öz dəstəyini əsirgəmədiyi üçün Niyazi Bayramova təşəkkür edib. Görüşdə həmçinin, Azərbaycanla Niderland arasında sıx və səmərəli əməkdaşlıqdan söhbət açılıb.
Onno Kervers Niderlandın Azərbaycandakı səfiri: Yerli qurumların dəstəyi olmadan belə layihələr müvəfəqiyyətlə başa çata bilmir. Biz bu layihə çərçivəsində tam dəstək almışıq. Elə bu səbəbdən onun dayanıqlı olacağından son dərəcə əminik.
- Baxış: 339