Porsche şirkətinin dizayn üzrə vitse-prezidenti Maykl Mauer “starfayterin” görkəminin onu “Ulduz müharibələri” dünyasına harmonik şəkildə inteqrasiyasını təmin etdiyini, eyni zamanda, Porsche markasına məxsus olan üslub və nisbətləri nümayiş etdirdiyini bildirib. Məsələn, dizaynerlər kosmik gəminin pilot kabinasından başlayaraq arxa hissədəki turbinalara qədər daralan formasının Porsche markasının model xəttini xatırlatdığını iddia edirlər.
Bundan başqa, ön “hava girişləri” və “fənərlər”, həmçinin arxa tərəfdəki jalüzlər və mərkəzdə yerləşdirilmiş stop-siqnal Porsche Taycan modelinin müvafiq elementlərini xatırlatmalıdır. Üstəlik, dizaynerlər “Peqasusun” interyerinin də Porsche markasına xas olan üslubda dizayn edildiyini vurğulayıblar.
- Baxış: 676