• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 14.12.2019 12:19

Qoyunçuluqda Türkiyə təcrübəsi öyrənilir

KepezTV Player

Respublikada ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Əməkdaşlıq qoyunçuluqda süni mayalanmanın tətbiqi, süngərləmə üsulu ilə bala alınması, damazlıq və seleksiya işinin təşkili və s. istiqamətləri əhatə edir. Bu çərçivədə Goranboyun Rəhimli kəndində bir neçə fərdi təsərrüfatda olan türkiyəli mütəxəssislər qoyun cinslərinin təmiz şəraitdə yetişdirilməsi ilə bağlı tövsiyələrini veriblər. Layihənin əsas məqsədi qoyunçuluğun intensiv inkişafı üçün süni mayalanmanı təbliğ və tətbiq etmək, məhsuldarlığının yüksəldilməsinə nail olmaqdır.

Cihan Kaçar – professor: “Həm süni mayalandırma texnikaları, həm də süni mayalama toxumları ilə bağlı iş aparırıq. İki ay öncə biz Gəncə bölgəsində bu istiqamətdə görüşlər keçirmişdik. Daha sonra isə bu bölgədə ilk dəfə süni mayalandırmanı göstəririk”.

Yavuz Öztürklər – professor: “Bu üsulla iki ildə üç dəfə bala almaq olur. Həm iki ildə 3 dəfə bala ala biləcəksən, həm də aldığın balalar çox olacaq. Yəni əkiz, üçəm balalar olacaq. Yəni bizim məqsədimiz burada 100 qoyundan 140, 150, hətta 160 quzu ala bilməkdir”.

 

Natiq Hüseyn