• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 16.10.2019 19:59

Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı

KepezTV Player

Talıb Bayramov. Bu ad bəlkə də ilk baxışdan idman həvəskarlarına heç nə demir. Amma son illər məşqçi kimi yetirmələrinin qazandığı uğurlar onu əməyinə verilən qiyməti artırır.

Gənc olmasına baxmayaraq məşqçi kimi püxtələşib, müəyyən təcrübə toplayıb. Bu gün də bu istiqamətdə çalışır, bacarığını ortaya qoyur, inkişaf edir. İdmançı kimi dəfələrlə respublika yarışlarının qalibi və mükafatçısı olub. Əməkdar məşqçi Əziz Əzizovun məşq bölməsindən çıxıb. Məşqçisindən öyrəndiklərini indi öz yetirmələrinə aşılayır.

İşlədiyi qısa vaxtda Talıb Bayramovun məşq bölməsindən 100-lərlə idmançı yetişib. Məqsədi özünün idmançı kimi fəth edə bilmədiyi zirvələrə yetirmələri ilə qalxmaqdı.

Müsahibimiz məşqçilikdə ilk addımlarını atdığı dövrlərdə müəyyən çətinliklərlə üzləşib. Lakin federasiyanın Qərb Regional bölməsinin rəhbəri İlqar Alıyevin və Əziz Əzizovun dəstəyi ilə problemləri arxada qoyub.

İllərdir ki, respublikamızda keçirilən bütün yarışlar kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı devizi ilə keçirilir. Bu şüar gənc nəsli pis vərdişlərdən uzaq tutub idmana səsləməkdir.

Bayramovun məşq bölməsində zərif cinsin nümayəndələri də kikboksinqlə məşğul olur.

Talıb Bayramov hazırda Gəncə Olimpiya İdman Klubunda çalışır. Onun 5 məşq qrupunda müxtəlif yaş kateqoriyasından olan 100-dən idmançı kikboksinqin sirrlərini öyrənir.