Robotlar və süni intellekt üzərində araşdırmalar artdıqca robotları fərqli sahələrdə görməyə davam edirik. Artıq bir robot fotoqrafımız da var. Dünyanın ilk robot fotoqrafı olaraq xarakterizə edilən Selfiebot, Sinqapurda xidmət etməyə başlayıb. Sinqapurda tanıdılan bir robot, dünyanın ilk robot fotoqrafı olaraq xarakterizə edilir. Galaxy Tech Studio studiyalarının birgə yaratdığı robot fotoqraf Selfiebot, Sinqapurda kirayəyə verilə bilər. Robot fotoqraf dedikdə ağılınıza əlində bir fotoaparat ilə necə dayanacağımızı söyləyən bir robot gəlməsin. Selfiebot, təkərli bir robot üzərinə yerləşdirilmiş bir iPad ilə meydana gəlir. Robot, bir məkanda gəzib, maneələri aşmaq üçün kifayət qədər ağıllıdır. Ancaq fotoşəkil çəkmək üçün ekranına toxunmaq lazımdır. Robot fotoqraf tamamilə yeni bir şey deyil. 2017-ci ilə qədər Selfiebot, kütləyə qarışıb fotoşəkil çəkə bilən süni intellektli bir avtomat olaraq fəaliyyətlərdə görünürdü. Yaradıcı texnologiya mütəxəssisi Enriko Penzo, fotoşəkil kabini təcrübəsini başqa bir səviyyəyə daşımaq üçün bu robotu hazırladı. Robot fotoqraf, çəkilən fotoşəkilləri anında çap edə bilmə və ya SMS ya da e-poçt yoluyla qonaqlara göndərə bilmə xüsusiyyətini saxlayır.
- Baxış: 442