• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 11.10.2019 19:12

Fermerlər gübrə problemi yaşamayacaqlar

KepezTV Player

Aqrar rayon olan Göygöldə payızlıq əkin işlərinin 80 faizi yekunlaşıb. Hər il orta hesabla 13 min hektardan çox əkin aparılan rayonda şum və səpin işlərinin vaxtında başa çatdırılması üçün Göygöl aqrar inkişaf mərkəzi və aqrolizin açıq səhmdar cəmiyyətinin xeyli sayda texnikası sahələrə çıxarılıb. Əkində istifadə olunan mineral gübrələrin də əlçatanlığı təmin olunub. Bu məqsədlə 1500 tondan çox müxtəlif növ mineral gübrə tədarük olunub. 

Bu günə qədər Göygöldə 8 min hektardan çox ərazinin şumlanması həyata keçirilib. Aqrar sahəyə dövlət dəstəyinin nəticəsi olaraq rayonda hər il əkin sahələrinin arialı genişləndirilir. Ötən illə müqayisədə bu il 500 hektardan çox sahədə yeni əkin aparılıb. Əkin və məhsul yığımınında fermerlərə və təsərrüfatçılara göstərilən texniki dəstək, eləcə də güzəştlərin tədbiqi daha çox ərazinin becərilməsinə şərait yaradıb.

​Səyyar satışla yanaşı təsərrüfatçılar ilin sonuna kimi Aqrolizin Açıq Səhmdar Cəmiyyətinin Göygöl filialına müraciət etməklə əkində istifadə oluanan bütün növ mineral gübrəni güzəştli şərtlərlə əldə edə bilər. Bu günə qədər 465 istehsalçıya 505 ton amonium nitrat, 250 ton amafos və 80 tondan çox nitro amafos gübrəsinin satışı həyata keçirilib.

Yetərli miqdarda gübrə tədarükü əkində gecikmənin qarşısını alır, xəstəlik və ziyanvericilərlə mübarizədə müsbət tərəfdən özünü göstərir və məhsuldarlığı da artırır.

Ayın sonuna kimi rayonda əkin işlərinin tam başa çatdırılması nəzərdə tutulur.

 

Elton Cabbarlı