Şəmkirdə Milli Qəhramanlarının və şəhidlərin xatirəsinə həsr olunan mini-futbol turniri start götürüb. Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yerli idarə, müəssisə və təşkilatlar arasında keçirilən turnirin açılış mərasiminində belə xatirə turnirlərinin əhəmiyyətin vurğulanıb. Milli vətənpərvərlik hissinin yüksəldilməsi və idmana olan marağın artmasına müsbət tövhə verdiyinə diqqət çəkilib. Rəsmi hissədən sonra yarışlara start verilib. İlk oyun günündə Şəmkir rayon İcra Hakimiyyətinin komandası Prokurorluq işçiləri üz-üzə gəlib. Qarşılaşma hüquq-mühafizə orqanı işçilərinin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 6-2. Turnirə oktyabrın 15-də yekun vurulacaq.
Emin İsmayılov Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi: Bu gün turniri keçirməkdə məqsəd şəhidlərimizi yad etmək onları anmaq eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Yarışlarda 16 komanda 4 qrupda mübarizə aparacaq. Turnirin sonda qalib komanda fərqlənən futbolçular mükafatlandırılacaq.
Natiq Hüseyn
- Baxış: 633