Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.10.2019 12:19

Bakıda “Binə” ticarət mərkəzində yanğın baş verib

Video Player
KepezTV Player

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 texnika cəlb olunub.  Yanğın 02:46-da söndürülüb. İlkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində yaranmış qısaqapanmadır. Səhiyyə Nazirliyinin məlumatına görə,  hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər -36 yaşlı Elşən Abdullayev 1 saylı Klini Tibbi Mərkəzə çatdırılıb. Ona yüngül dərəcədə zəhərlənmə diaqnozu qoyulub.Xəstə ilkin tibbi yardım alandan sonra ambulator müalicəyə yola salınıb.