![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/canoo_design_exterior_09.jpg?itok=sQKrf-x3)
Ötən günlərin birində Canoo startapı Los-Ancelesdə keçirilən yarmarkada özünün ilk avtomobilini sərgiləyib. Elektriklə işləyən miniven 2021-ci ildə istehsal olunacaq. Startap həvəskarlar yox, peşəkarlar tərəfindən qurulub. Belə ki, istehsalçılar BMW və Opel şirkətinin keçmiş əməkdaşlarıdır. Canoo maşınının əsasını ənənəvi elektromobil platforması təşkil edir. Amma görünüşü qeyri-adi görünür. Elektrik komponentlər sayəsində avtomobildə daha çox yer yaranıb, bu dizaynerlərə daha çox əl işi ortaya qoymağa imkan verib. İlk baxışdan qabaq hissənin hansı tərəf olduğunu bilmək olmur. Canoo 7 nəfərlikdir və içərisi qonaq otağını xatırladır. Şüşələndirmə orijinal stildə qurulub, sanki 60-cı illərin avtobusudur. 4421 mm uzunluqda, 1898 mm enlikdə, 1846 mm hündürlükdə olan minivenin təkər bazası 2850 mm-dir. Klirens isə 161 mm-ə bərabərdir. Elektromobilin çəkisi 2020 kq-dır. Canoo yeganə elektromotorla hərəkətə gəlir. 304 at güclü mühərrik arxa oxda yerləşdirilib. O, 80 kVt/saat həcmli batareyadan qidalanır. Bu sistemlə maşın bir dəfəyə 402 kilometr gedə bilir. Maksimal sürət isə 200 km/saatla məhdudlaşdırılıb. Güclü ekspress-terminalından batareyanın 80%-i 28 dəqiqəyə yükləmək olar.
- Baxış: 495